İSVEÇ PARLAMENTİ UYDURMA “ERMƏNİ SOYQIRIMI”NI TANIMAQDAN İMTİNA ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsveç parlamenti uydurma “erməni soyqırımı”nı tanımaqdan imtina etmişdir.
İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə bildirmişdir ki, iyunun 12-də İsveç parlamentinin Xarici Əlaqələr Komitəsinin hazırladığı insan haqlarına dair məruzə və “erməni soyqırımı”nın rəsmi şəkildə tanınması ilə bağlı bu sənədə əlavə olunmuş 5 düzəliş qanunverici orqanda müzakirəyə çıxarılmışdır. Ancaq 37 nəfər lehinə, 245 nəfər əleyhinə olmaqla düzəlişlər rədd edilmişdir. Düzəlişlərin əleyhinə səs vermiş parlament çoxluğunun nümayəndələri və sosial-demokratlar mövqelərini belə əsaslandırıblar ki, ekspertlər hələlik Osmanlı imperiyasında baş verən hadisələr, bu hadisələrin səbəbləri və təsnifatı ilə bağlı vahid mövqeyə gəlməyiblər. Onların fikrincə, “erməni soyqırımı”nın tanınması Türkiyənin inkişafına mənfi təsir göstərə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]