İsveçrə ilə turizm üzrə əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Turizm sahəsində əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi məsələləri oktyabrın 28-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyra ilə keçirilən görüşdə müzakirə olunub.
ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Assosiasiya ilə İsveçrə Konfederasiyasının turizm subyektləri arasında qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması, kommunikasiya əlaqələrinin qurulması, birgə işbirliyinin yaradılması, tanışlıq məqsədli infoturların təşkili, eləcə də təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin birbaşa aviareyslərin təşkili, turist cəlbediciliyinin artırılması, isveçrəli turistlər üçün Azərbaycan-Gürcüstan-Türkiyə birgə səyahət marşrutunun yaradılması təklifləri üzərində müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın turizm bazarı üçün Avropa ölkələri ilə əməkdaşlığın vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
- 02.07.2026 [12:05]