İsveçrədə Xocalı soyqırımı haqqında film və tamaşa nümayiş olunub
Bazel, 13 fevral, AZƏRTAC
Fevralın 12-də Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor qurumunun təşkilatçılığı ilə Bazel şəhərində “Xocalıya ədalət!” devizi altında anım tədbiri keçirilib.
Tədbir zamanı iştirakçılara Azərbaycan barədə geniş məlumat verilib, müxtəlif videoçarxlar, o cümlədən Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib. Bundan əlavə, İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi ilə fəaliyyət göstərən qrupun ifasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə hazırlanmış tamaşa göstərilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bazel