İtaliya A seriyası: “Napoli” addım-addım çempionluğa
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 7-də İtaliya A seriyasında 29-cu turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “İnter” səfərdə “Salernitana”nın qonağı olub. Matç 1:1 hesabı ilə sona çatıb. “Neradzurri”nin heyətində Qozens, meydan sahiblərindən isə sabiq “İnter”li Kandreva fərqləniblər.
Bu heç-heçə ilə xallarının sayını 51-ə çatdıran “İnter” dördüncü pillədə qərarlaşıb. “Salernitana” isə 29 xalla 15-cidir.
Günün ikinci matçında lider “Napoli” səfərdə “Leççe”nin qonağı olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Di Lorentso (“Napoli”), Di Françesko (“Leççe”) və Qallo (“Leççe” öz qapısına) vurublar. Bu qələbə sayəsində xallarının sayını 74-ə çatdıran Maradonanın “həmşəhərliləri” ikinci pillədə qərarlaşan “Latsio”nu 19 xal qabaqlayır.
Ötən günün son matçında isə daha bir Milan təmsilçisi xal itirib. Bu dəfə son çempion “Milan” evdə büdrəyib. “Rossonyerlər” “San Siro” stadionunda “Empoli”nin müqavimətini qıra bilməyiblər - 0:0. Hesabında 52 xal olan “Milan” üçüncü pillədə yer alıb. “Empoli” isə 32 xalla 14-cüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]