İtaliya klubu futbolçusu ilə əlaqə saxlaya bilmir
Bakı, 30 iyul, AZƏRTAC
İtaliyanın “Leççe” komandasının və Zambiya millisinin vingeri Lamek Banda uzun müddətdir komanda ilə əlaqə saxlamır.
AZƏRTAC xəbər verir ki, 25 yaşlı futbolçu iyulun əvvəlində mövsümöncəsi tibbi müayinəyə qatılmayıb. Onun meneceri bunu pasportla bağlı yaranmış bürokratik problemlərlə izah edib. Daha sonra Banda sosial şəbəkə hesabında dostları ilə torpaq örtüklü meydançada futbol oynadığı görüntüləri paylaşıb. Lakin həmin video qısa müddət sonra silinib.
İyulun 23-də futbolçu Zambiyanın paytaxtındakı hava limanında görüntülənsə də, bundan sonra da “Leççe”nin düşərgəsinə qoşulmayıb. Klub rəsmiləri isə oyunçunun harada olduğunu bilmədiklərini açıqlayıblar.
İtaliya mətbuatında yayılan məlumatlara görə, yaranmış vəziyyət futbolçunun “Leççe”dən ayrılmaq istəyi ilə əlaqəli ola bilər. Banda ötən mövsüm 5 qol və 4 məhsuldar ötürmə ilə komandasının A Seriyasında yerini qorumasına mühüm töhfə verib. Buna baxmayaraq, klub bu yay onun müqaviləsini avtomatik uzatsa da, futbolçu üçün nisbətən aşağı maaş müəyyənləşdirib.
Bildirilir ki, Banda Səudiyyə Ərəbistanının “Əl-Fəteh” klubu ilə danışıqlar aparır. Klub vingerə sərfəli maliyyə şərtləri ilə uzunmüddətli müqavilə təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]