İtaliya millisi qadınların dairəvi stend atıcılığı yarışının qalibi olub
Bakı, 31 iyul, AZƏRTAC
İtaliya millisi qadınların dairəvi stend atıcılığı yarışının qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu yarışda İtaliya komandası Diana Bacosi, Katiuscia Spada, Simona Scocchetti ilə təmsil olunub.
Viktoria Çerviyakova, İrina Maloviçko, Veronika Milçeva Ukrayna millisini gümüş medalla təmin ediblər.
Yarışın üçüncüsü isə Kipr millisi olub. Kipr yığmasının heyətində bu uğura Panagiota Andreou, Andri Eleftheriou və Konstantiya Nikolaou imza atıblar.