Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazıb

Roma, 17 yanvar, AZƏRTAC

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir. Bildirilir ki, Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir.

Yazıda siyasi ekspert, analitik Orxan Amaşovun fikirlərinə yer verilir. Azərbaycanlı analitik ərazilərimizin otuz illik işğalı dövründə Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Laçın rayonunda qeyri-qanuni məskunlaşma siyasətini apardığını qeyd edir.

“Biz Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edirik, ətraf mühiti qorumaq üçün mübarizə aparırıq. Biz səssiz qala bilmərik və buna göz yuma bilmərik, çünki region mühüm ekoloji irsə malikdir və qeyri-qanuni hasilatın nəticələri geri dönməz ola bilər. Ermənistan silahlı qüvvələri üçtərəfli Bəyanatın 4-cü maddəsində nəzərdə tutulduğu kimi, həmin ərazini tərk etməli idi, lakin bu, baş vermədi. Onlar nəinki ərazini tərk etməkdən imtina ediblər, həm də İsveçrədəki şirkətin cəlb edilməsi yolu ilə qeyri-qanuni mis və qızıl hasilatı ilə məşğul olublar. Ərazimizin təbii sərvətləri qeyri-qanuni olaraq, heç bir dayanıqlılığa nəzarət edilmədən və dövlət icazəsi olmadan istismar olunur. Bu qanunsuz əməllər ətraf mühitin çirklənməsinə, regionun gələcəyində ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. Hesab edirik ki, bu vəziyyət dərhal nəzarətə götürülməli və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi coğrafi ərazidə yerli mühitin monitorinqi aparılmalıdır”, - deyə O.Amaşov bildirir.

“Böyük təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq media bizim istədiklərimizə və haqlı tələblərimizə diqqət yetirmək əvəzinə, Ermənistanın yalan məlumatlarını yayımlayır. Biz bütün mülki vasitələrin və humanitar yardımların yoldan keçməsinə şərait yaradırıq. Artıq müəyyən qələbələrimiz olub. Ehtiyatların qeyri-qanuni hasilatı ilə məşğul olan “Base Metal” mədən şirkəti ərazidəki fəaliyyətini dayandırıb. Lakin hesab edirik ki, ekoloji vəziyyətin monitorinqi regionun gələcəyini təmin etmək üçün əsas tələbdir. Ona görə də biz aksiyanı davam etdiririk”, - deyə analitik qeyd edir.

Qəzetin əməkdaşı vurğulayır ki, ətraf mühitə dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün baş verənlər izlənilməli, qiymətləndirilməli və müvafiq tədbirlər görülməlidir. Ekofəallar deyirlər ki, ətraf mühit ekspertləri və Rusiya kontingentinin yüksək komandanlığı ilə çoxsaylı görüşləri olub, lakin hələlik razılıq əldə edilməyib: “Nə baş verdiyini aydın təsəvvür etmək üçün monitorinq aparmalıyıq. Beynəlxalq ictimaiyyət artıq Oxçuçayın çirklənməsinin şahidi olub və suyun təhlili mədən işlərinin nəticəsi olan ağır metalların kütləviliyini göstərir. Laçın yolundan qeyri-qanuni hasil edilən faydalı qazıntıların daşınması üçün düzgün istifadə edilməməsi böyük iqtisadi və ekoloji problemlər yaradır. Əraziyə düzgün nəzarət edilsəydi, bölgədə ekoloji fəlakətin qarşısı alınardı. Bizim aksiyamız piyada əleyhinə minaların, sursatların, silahların və qeyri-qanuni xammalın keçidindən yayınaraq, marşrutun yalnız humanitar yüklərin daşınması üçün istifadə olunmasını təmin edir. Biz həmişə humanitar yardımların və Rusiya kontingentinin maşınlarının keçməsinə icazə vermişik. Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra Ermənistan dəfələrlə razılaşmaları pozaraq, Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edib. Bu gün soyuq və şaxtalı hava şəraitində bədənimizi və mətanətimizi siyasi fəaliyyətin mərkəzinə qoyuruq və aksiyamızı dayandırmırıq. Biz öz torpağımızın, ətraf mühitimizin məhvinə yol verə bilmərik. Əgər uğursuz olsaq, gələcək nəsillər regionun və ətraf mühitin sərvətlərindən istifadə edə bilməyəcəklər. Biz dünyadakı bütün vətəndaşlardan ətraf mühitimizi və torpağımızı qorumaq üçün burada olduğumuzu və heç bir başqa ərazini işğal etmədiyimizi və ya vətəndaşı qətlə yetirmədiyimizi anlamalarını xahiş edirik. Bir daha deyirəm ki, Laçın yolu Azərbaycanın ərazisidir və bizim müvafiq qurumlarımız ona nəzarət etmək imkanına malik olmalıdır”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası