İtaliya yanvarda Azərbaycandan TAP kəməri ilə qaz idxalını 3 faiz artırıb
Bakı, 18 mart, AZƏRTAC
Trans-Adriatik Boru Xətti (TAP) ilə Azərbaycandan İtaliyaya təbii qazın tədarükü 2024-cü ilin yanvarında 878 milyon kubmetrə çatıb ki, bu da 2023-cü ilin analoji dövründə olduğundan 3,1 faiz çoxdur.
AZƏRTAC İtaliyanın Ətraf Mühit və Energetika Təhlükəsizliyi Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu ölkə 2023-cü ildə TAP vasitəsilə Azərbaycandan 10 milyard kubmetrə yaxın təbii qaz idxal edib.
Uzunluğu 3,5 min kilometr olan TAP xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağında hasil edilən qazı Türkiyəyə, bu ölkədən isə Avropaya çatdıran Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. TAP həm də Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır, bu kəmər vasitəsilə Azərbaycan qazı Yunanıstan və Albaniyaya, Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəql edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:35]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:16]
® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 14.10.2026 [18:12]