İtaliyanın Baş naziri ABŞ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Roma, 17 iyun, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Kanadada keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Bildirilir ki, görüşdə Yaxın Şərqdəki son proseslər və danışıqlara gedən yol ətrafında müzakirələr aparılıb. Eyni zamanda, Qəzzada atəşkəsə nail olmaq üçün birgə səylərin vacibliyi vurğulanıb.
Liderlər, həmçinin Avropa İttifaqı-ABŞ ticarət danışıqları və NATO-nun növbəti Sammitinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]