Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın Kalabria Regional Şurası Azərbaycana dəstək sənədi qəbul edib

İtaliyanın Kalabria Regional Şurası Azərbaycana dəstək sənədi qəbul edib

Roma, 15 mart, AZƏRTAC

Azərbaycan hər zaman İtaliya ilə münasibətlərdə sədaqət, şəffaflıq nümayiş etdirib və İtaliya üçün beynəlxalq siyasətdə müstəsna əhəmiyyətə malik tərəfdaş etimadına malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İtaliyanın Kalabria Regionunun qanunvericilik orqanı olan Kalabria Regional Şurası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan addımların atılması üçün İtaliya hökumətinə müraciət sənədi”ndə qeyd olunub.

Kalabria Regional Şurasının üzvü Vito Pittaronun təşəbbüsü ilə Şura tərəfindən qəbul edilmiş sənəddə bildirilir ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır və bu bölgə Azərbaycanın ətraf yeddi rayonu ilə birlikdə 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş, həm Dağlıq Qarabağdan, həm də ətraf 7 rayondan bütün azərbaycanlılar qovulmuşdu. Qeyd olunur ki, BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrində, digər beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu təsdiqlənib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığına hörmət ifadə edilib və bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması tələb edilib.

Müraciət sənədində ötən ilin sentyabrın 27-də yeni müharibənin alovlandığı, 44 gün davam edən hərbi əməliyyatların 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, atəşkəsə nail olunması və işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdığı bildirilir. Habelə 2021-ci il 11 yanvar tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatın bölgədə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və tikintisi üçün atılacaq addımları nəzərdə tutduğu qeyd edilir.

Sənəddə məsələyə münasibətdə İtaliyanın mövqeyinə də toxunulub, 2020-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət əsasında, BMT və ATƏT-in müvafiq sənədlərinə uyğun olaraq sülh yolu ilə nizamlanmasını dəstəklədiklərinin qeyd olunduğu bildirilir. 10 noyabr üçtərəfli bəyanatı üzrə öhdəliklərə əməl edilməsinin vacibliyi ilə bağlı 2020-ci il 11 noyabr tarixində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlama verdiyi, 2020-ci il 18 noyabr tarixində isə İtaliya Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının qətnamə qəbul etdiyi də vurğulanır.

Kalabria Regional Şurasının qəbul etdiyi sənəddə, həmçinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığına da toxunulur, “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin Azərbaycan və İtaliya arasında qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu, tərəflər arasında müdafiə, enerji, nəqliyyat, logistika kimi strateji sahələrdə əlaqələrin, beynəlxalq təşkilatlar kontekstində əməkdaşlığın və qarşılıqlı dəstəyin gücləndirilməsinin əhəmiyyəti kimi məqamları da əhatə etdiyi bildirilir.

Habelə qeyd olunur ki, Azərbaycan və İtaliya arasında getdikcə daha da güclənməkdə olan iqtisadi və ticarət əlaqələri mövcuddur, Azərbaycanda çoxsaylı italyan şirkətləri və iş adamları fəaliyyət göstərirlər, iki ölkə arasındakı ticarət dövriyyəsi İtaliyanın Cənubi Qafqaz bölgəsi ilə ümumi ticarətinin 92 faizini təmsil edir, Azərbaycan İtaliya üçün əsas neft tədarükçüsüdür və Cənub Qaz Dəhlizinin bir hissəsi olan yenicə istismara verilmiş TAP boru kəməri Azərbaycan təbii qazının Avropa bazarına çatdırılması ilə yanaşı, İtaliyanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üçün əhəmiyyətə malikdir. Sənəddə, habelə vurğulanır ki, Azərbaycan və İtaliya mədəniyyət, akademik, elmi və texnoloji sahələrdə, xüsusilə də Azərbaycanın İtaliyada dəstəklədiyi müxtəlif layihələr vasitəsilə tarixi, mədəni və mənəvi irsin qorunması sahəsində mükəmməl əlaqələr qurmuşlar, eləcə də iki ölkə arasında bu yaxın münasibətlər pandemiyanın ağır mərhələsində Azərbaycanın İtaliyaya dəstəyi ilə də özünü büruzə verib.

Sənəddə qeyd olunur ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin başa çatması və Azərbaycanın ərazilərinin azad olunması ilə bu ərazilərdə infrastrukturun yenidən qurulması üçün strateji planın həyata keçirilməsi bölgədə inkişafa və normallaşma proseslərinə yol açıb ki, bütün bunlar da italyan şirkətləri üçün yeni və əhəmiyyətli iqtisadi və ticarət imkanları yaradır.

Bütün yuxarıda qeyd olunanlardan irəli gələrək, Kalabria Regional Şurası Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında sülh yolu ilə həll edilməsini dəstəkləyən və İtaliya hökumətinin mövqeyi ilə uyğunluq təşkil edən mövqeyini İtaliya hökumətinə bildirir və İtaliya hökumətini tərəfləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanatlardakı öhdəliklərin yerinə yetirilməsinə çağırış etməyə səsləyir.

Habelə Kalabria Regional Şurası İtaliya hökumətini ərazilərini işğaldan azad etməklə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanla çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə yönəlmiş konkret fəaliyyət planı hazırlamağa və İtaliya üçün aparıcı tərəfdaş olan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi üçün birgə təşəbbüsləri təşviq etməyə çağırır.

Qeyd edək ki, Kalabria Regional Şurası ilə yanaşı, İtaliyanın ümumilikdə iyirmi şəhər və bələdiyyələri də oxşar sənədlər qəbul ediblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib