İyirmi Yanvar şəhidlərinin xatirəsi İzmirdə ehtiramla yad olunub
Ankara, 20 yanvar, AZƏRTAC
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyində İyirmi Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub.
Dərnəkdən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Sonra dərnəyin sədri Mülazim Pahsa 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdiyi cinayətin dəhşətlərindən danışıb.
Digər çıxışlarda 20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs olunub. Vurğulanıb ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə ictimaiyyəti 20 Yanvarın acısını xalqımızla bölüşür, şəhidlərimizin xatirəsini ehtiramla yad edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]