İyunda “Bakı Elektrik Stansiyası”nda 13,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib
Bakı, 11 iyul, AZƏRTAC
İyunda “Bakı Elektrik Stansiyası”nda 13,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 6 ayda isə elektrik stansiyasında 229,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Aprel-iyun aylarında sözügedən stansiyada müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, o cümlədən 6 aqreqata göstərilən növbəti texniki qulluq işləri başa çatdırılıb. Hazırda bir aqreqatda işlər davam etdirilir.
Stansiyada yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənib.