“İzvestiya”da Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
Moskva, 10 may, AZƏRTAC
Rusiyanın “İzvestiya” nəşrində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının Ümummilli Liderinin həyat yolundan danışılır, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Əks-Kəşfiyyat İdarəsinə başçılıq etmiş Yevgeni Pitovranov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Stanislav Çernyavski, Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Kazbek Taysayev kimi tanınmış insanların Ulu Öndər haqqında fikirlərinə yer verilir.
“Prezidentin davamçısı onun oğlu İlham Heydər oğlu oldu. O, bir çox işlərdə, o cümlədən Rusiya ilə əməkdaşlıqda atasının strateji kursunu davam etdirir. Qafqazın mürəkkəb siyasi şəraitində bu cür varisliyi yalnız dəyər hesab etmək olar”, - deyə məqalədə vurğulanır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva