Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
Paris, 22 mart, AZƏRTAC
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri sayəsində muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi şah əsərləri siyahısı”na daxil edilib. Alim Qasımov kimi istedadlı ənənəvi musiqi ifaçıları, eləcə də dünyada ən çox musiqiçisi olan Azərbaycan mədəniyyəti təşviq olunub və geniş auditoriyaya çatdırılıb. Qarabağ bölgəsi, xüsusilə də Şuşa Azərbaycan musiqisinin beşiyidir.
Bu fikirləri fransız etno-musiqişünası Jan Dürinq AZƏRTAC-a müsahibəsində söyləyib.
J.Dürinq Azərbaycan musiqisinin tarixini Şuşa musiqiçilərinin yazdığını vurğulayıb. O, Alim Qasımovun böyük muğam ustadı olduğunu qeyd edərək bildirib ki, o, hələ 1989-cu ildə Parisdə ilk konsertindən sonra dəfələrlə buraya konsert verməyə dəvət olunub və Azərbaycan muğamını dünyada təşviq edib.
“Bakıda 2009-cu ildə keçirilmiş “Muğam dünyası” festivalı və bu festival çərçivəsində təşkil olunmuş muğam müsabiqəsi, eləcə də Beynəlxalq Muğam Mərkəzinin yaradılması ölkədə muğam musiqisinə verilən yüksək qiymətin bariz nümunələridir”, -deyə J.Dürinq diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]