Jan-Fransua Susana: Kənd təsərrüfatı sahəsində Azərbaycanla birgə tədqiqatlar aparmaqda maraqlıyıq VİDEO
Paris, 25 fevral, AZƏRTAC
Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük potensialı var. Heyvandarlıq, ətraf mühitin qorunması, iqlim dəyişiklikləri sahələrində Fransa təcrübəsi Azərbaycan üçün maraqlı ola bilər.
Bu fikirləri Fransa Milli Aqronomiya Tədqiqatlar İnstitutunun (İNRA) beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Jan-Fransua Susana AZƏRTAC-a müsahibəsində söyləyib.
Qeyd edib ki, İNRA kənd təsərrüfatı sahəsində böyük tədqiqat institutudur. Kənd təsərrüfatı, ərzaq, ətraf mühit sahələrini əhatə edən elmi tədqiqat işləri aparır.
“Gələcəkdə institutumuzun fəaliyyətini daha da genişləndirəcəyik. Belə ki, su mənbələri üzrə ixtisaslaşmış tədqiqat institutu (İRSA) ilə birləşəcəyik. Azərbaycanla kənd təsərrüfatı sahəsində birgə tədqiqatlar aparmaqda da maraqlıyıq”, - deyə J.F.Susana bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris