Jurnalistlər Lənkəranda fermerlərlə görüşüblər
Lənkəran, 3 iyul, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Lənkəran rayonuna mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin əməyini, aqrar sahədə tətbiq olunan innovativ yanaşmaları, dövlət dəstəyi ilə həyata keçirilən layihələri və yerli istehsalın inkişafını ictimaiyyətə daha yaxından tanıtmaq olub.
Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək, burada həyata keçirilən fəaliyyətlə yerində tanış olub, fermerlərlə görüşüblər.
İki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatların fəaliyyəti, istehsal imkanları və perspektivləri barədə ətraflı məlumat əldə ediblər.