Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir isbatıdır - RƏY

Bakı, 20 iyun, AZƏRTAC
Dünən Kahramanmaraşda Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə keçirilən “Azərbaycan” məhəlləsinin açılışı bir daha göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün regional çətinliklərin, fəlakətlərin və təhlükələrin öhdəsindən gəlməyə qadirdir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin nümayiş etdirdiyi mənəvi dəstək, eyni zamanda, 2023-cü ildə qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələlər zamanı Azərbaycanın göstərdiyi humanitar və mənəvi yardım bu qardaşlığın dərin köklərinin olduğunu, onların xalqlararası sonsuz sevgiyə əsaslandığını isbat etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Ülviyyə Zülfiqar söyləyib.
Ü. Zülfiqar qeyd edib ki, bu doğmalıq xalqlar arasında qarşılıqlı inam və etimad üzərində qurulub. “Hər iki ölkənin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı çıxışlarında dəfələrlə bu qardaşlıqdan irəli gələn önəmli məqamlara toxundular, əbədi birliyimizi vurğuladılar. Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin yaradılması bir daha göstərir ki, Azərbaycan və Türkiyənin kədəri də, sevinci də birdir və bu yolda gələcəkdə də eyni əzm və birliklə irəliləyəcəklər”, - deyə siyasi ekspert vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [16:02]
Yeni geosiyasi reallıq
- 08.07.2025 [14:14]
Yüz əlli illik milli mətbuatımızın əsas və əbədi devizi
“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
- 09.07.2025 [23:36]
2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub
- 09.07.2025 [23:16]
“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib
- 09.07.2025 [21:37]
Babək Quliyevə UEFA-dan növbəti təyinat
- 09.07.2025 [21:21]
Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb
- 09.07.2025 [21:10]
Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb
- 09.07.2025 [20:11]
Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq
- 09.07.2025 [19:34]
Albert Riera: "Sabah" klubuna hörmət edirik
- 09.07.2025 [19:24]
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09.07.2025 [19:21]