Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kahramanmaraşın “Azərbaycan” məhəlləsi iki qardaş ölkənin daha bir dostluq rəmzidir

Ankara, 13 iyun, AZƏRTAC

İki qardaş ölkə arasında daha bir dostluq və həmrəylik simvoluna çevrilmiş Kahramanmaraş şəhərinin “Azərbaycan” məhəlləsi ilk sakinlərini qəbul etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, 2023-cü ildə baş vermiş iki dağıdıcı zəlzələnin episentrinə çevrilmiş Türkiyə şəhərinin mərkəzi hissələrindən biri cəmi iki ildən artıq müddətdə tamamilə transformasiya olunub və qardaş ölkədə fəlakət bölgəsinin bərpasının vizit kartına çevrilib.

Bu gün Kahramanmaraş şəhərinin qonaqlarını bütün beynəlxalq standartlara cavab verən müasir yaşayış kompleksi qarşılayır və minlərlə sakin rahat mənzillərə köçməyi səbirsizliklə gözləyir.

Prezident İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün bütün imkanlar səfərbər edilib. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldilib.

2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində Kahramanmaraşda yaşayış binalarının, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisini nəzərdə tutan hökumətlərarası əməkdaşlıq Sazişi imzalanıb. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Azərbaycan” məhəlləsi layihəsi çərçivəsində ölkəmizin icra orqanı kimi fəaliyyət göstərib. Bərpa işlərinin Türkiyə hissəsi Dövlət Mənzil İnşaatı İdarəsi (TOKİ) tərəfindən həyata keçirilir.

Təsdiq edilmiş layihəyə əsasən, məhəllədə 68 yaşayış binasından (ümumilikdə 1194 iki, üç və dörd otaqlı mənzillər) əlavə, həmçinin ibtidai məktəb, uşaq bağçası, mədəniyyət evi də istifadəyə veriləcək. Bundan əlavə, “Azərbaycan” məhəlləsində 1596 pərakəndə satış obyekti fəaliyyət göstərəcək.

Ümumi sahəsi 27,6 hektar olan yeni yaşayış massivinin baş planına uyğun olaraq, MİDA-ya 456 mənzilli 26 dördmərtəbəli yaşayış binasının, 328 qeyri-yaşayış obyektinin daxil olduğu 7, 8, 11 və 12-ci sahələrin tikintisi həvalə edilib.

MİDA nümayəndələri məlumat veriblər ki, agentliyin xətti ilə 4 yaşayış sahəsinin, o cümlədən ibtidai məktəb və uşaq bağçasının tikintisi başa çatdırılıb.

Kahramanmaraşın “Azərbaycan” məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin təməli 2023-cü il aprelin 29-da Türkiyədə keçirilən TECHNOFEST festivalı zamanı qoyulub.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə bu təhsil ocağının tikintisinə xeyir-dua veriblər.

İşlər sürətləndirilmiş templə həyata keçirilib və 2024-cü il sentyabrın 11-də iki qardaş ölkənin təhsil nazirlərinin iştirakı ilə məktəbin açılış mərasimi olub.

Üçmərtəbəli müasir təhsil ocağında 20 sinif otağı, həmçinin üç hazırlıq kabinəsi və uşaq bağçası var. Bundan əlavə, məktəb binasında rəsm, musiqi, əl işləri və başqa otaqlar yerləşir.

Kahramanmaraşın “Azərbaycan” məhəlləsindəki Mədəniyyət Mərkəzinin layihəsi Türkiyənin müvafiq qurumu tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda təsdiqlənməsi gözlənilir. Bundan sonra tikinti mərhələsinə başlanılacaq.

Türkiyənin Dövlət Mənzil İnşaatı İdarəsinin səyləri ilə ərazilərin abadlaşdırılması prosesi də başa çatdırılır.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qusarda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birinci sammiti işə başlayıb

SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb

Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

“Məhəmməd Füzuli. Biblioqrafiya” və “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat olub

Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı kitab sərgisi açılıb

Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb

Atlantik okeanında nanoplastiklərin yüksək konsentrasiyası aşkarlanıb

“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib

Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib

Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib

“Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi"nin UNESCO-nun ilkin siyahısına salınması mühüm addımdır

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Media: Rusiya xarici işlər nazirinin KXDR-ə səfəri başlayıb

Dünya Seriyası: Azərbaycan basketbol millisi Sinqapur yığmasına qalib gəlib

Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Tiencində toplaşacaq

Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var

Avropa birinciliyi: Azərbaycanın 5 boksçusu yarımfinala yüksəlib

Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

FHN-in Şimal Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi təşkil edib

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib

Əbu-Dabi görüşünün uğurları Azərbaycan Liderinin qətiyyətinin nəticəsidir - ŞƏRH

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Paytaxt küçələri yenidən yuyulub

Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Narkotik vasitələr əkib-becərən Qəbələ sakini saxlanılıb VİDEO

Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Beyləqanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər saxlanılıb

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Səbrin sonuncu damlası - Tovuz döyüşləri

Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək

İsmayıllıda zəlzələ olub

İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür

Avstriya telekanalı Çexiya bazarlarını “silah həvəskarları üçün cənnət” kimi xarakterizə edib

Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir

Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Deputatların təşəbbüsü ilə vəkillər daha 5 rayonda vətəndaşlara hüquqi yardım göstəriblər

Almaniyada sərnişin avtobusu aşıb, altı nəfər xəsarət alıb

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

"Atletiko"nun sabiq futbolçusu "Turan Tovuz"a keçib

"Qarabağ" növbəti transferini həyata keçirib

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir

Laçında ceyran balası ilə görünüb VİDEO

Laçında ceyran balası ilə görünüb VİDEO

ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib

Dağıstanında sudan kütləvi zəhərlənmədən sonra kommunal təsərrüfat rəhbəri həbs edilib

Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu

Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyib

Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ VİDEO

Azərbaycan əraziləri Ermənistanın işğalı altında olan zaman əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə veriblər – MƏHKƏMƏ VİDEO

“Volkswagen” şirkəti ilk dəfə olaraq Çindəki zavodlarından birini bağlayır

"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verildi

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Ölkə və beynəlxalq arenalarda uğur qazanan Naxçıvan idmançıları mükafatlandırılıb

Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

Şəki-Zaqatala rayonlarının aqroturizm məkanlarına mediatur təşkil edilib VİDEO

YAP-ın təşkilatçılığı ilə “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzi ilin ilk yarısını uğurla başa vurub

Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub

Bişkekdə “Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb

Tural Gəncəliyev: Sülhə aparan ən uğurlu yol vasitəçilərsiz, təkbətək formatlı danışıqlardır

Londonda 17 mərtəbəli binada yanğın başlayıb

Süleymaniyyədə PKK terrorçularının tərk-silah prosesinin ikinci mərhələsi olacaq

Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar  YENİLƏNİB FOTO

Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Koalisiya hökumətində yer alan partiyalar arasında Konstitusiya Məhkəməsinə hakim təyinatı məsələsində fikir ayrılığı yaranıb

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edib VİDEO

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,6 milyard manatlıq məhsul satılıb

Xocasəndə 20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub

İqtisadi Şuranın iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyul ayının pensiyaları ödənilib

Növbəti depozit hərracları keçirilib

Yanvar-may aylarında Azərbaycan 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

AQTA: Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

“Roma” qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakı, Sumqayıt, Lənkəran və Xaçmazda ağac və kolların qanunsuz kəsilməsi faktları aşkarlanıb

TƏBİB: Bakı, Sumqayıt və Abşerondakı nümunəvi tibb müəssisələrinin region xəstəxanalarına dəstək göstərməsi nəzərdə tutulub

Bakı şəhərinin Baş planının icrası istiqamətində görülən işlər müzakirə edilib

İqtisadi fəal əhalinin sayı açıqlanıb