Kamran Şahsuvarlı mundiala qələbə ilə başlayıb
Bakı, 28 avqust, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın 3-cü günündə Azərbaycan millisinin 2 üzvü mübarizəyə qoşulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Kamran Şahsuvarlı səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən döyüşdə Maks Van der Pasla (Hollandiya) üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. K.Şahsuvarlı rəqibini 3:2 hesabı ilə məğlub edib. O, dörddəbir finalda kolumbiyalı Xorxe Vivas Palasiosla qüvvəsini sınayacaq. Döyüş avqustun 29-da baş tutacaq.
Şahsuvarlıdan fərqli olaraq, Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz səkkizdəbir final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]