Kanadada havanın hərarəti 49,6 dərəcəyə qalxıb
Bakı, 30 iyun, AZƏRTAC
Kanadanın qərbində - Britaniya Kolumbiyası əyalətində ötən cümə günü görünməmiş isti olub. Litton şəhərciyində ardıcıl üçüncü gündür bütün ölkə üçün temperatur rekordları qeydə alınır. Çərşənbə axşamı günü burada havanın hərarəti 49,6 dərəcəyə yüksəlib.
AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, indiyədək Kanadada heç vaxt 45 dərəcədən yuxarı isti qeydə alınmamışdı. Belə bir rekord 1937-ci ildə müəyyənləşmişdi.
Vankuver polisinin məlumatına görə, iyunun 25-dən şəhərdə və onun ətrafında 130 qəfil ölüm barədə xəbərlər alınıb. Polis hesab edir ki, isti bu ölümlərə gətirib çıxaran faktorlardan biridir. Britaniya Kolumbiyasının baş koroneri Layza Lapuant isə bildirib ki, cümə günündən bazar ertəsi günü günortayadək əyalətdə 233 nəfər ölüb. Halbuki regionda dörd gündə orta hesabla 130-a yaxın ölüm olurdu.
Əyalətdə yay nisbətən mülayim keçdiyində evlərin çoxunda kondisioner qoyulmayıb. Litton şəhərində dözülməz vəziyyət yaranıb, insanlar küçəyə çıxmağın mümkün olmadığını söyləyirlər.
Qeyd edək ki, Kanada dünyanın ən qarlı birinci, ən soyuq ikinci ölkəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]