Kanadalı gimnast Bakıda FIG-nin Atletlər Komissiyasına üzv seçilib
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıda təşkil olunan batut gimnastikası üzrə dünya çempionatı çərçivəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvlüyünə seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, seçkilərdə ikiqat Olimpiya çempionu Kanada təmsilçisi Rosannag Maklennan və Olimpiya mükafatçısı çinli Donq Donq iştirak ediblər.
Otuz üç yaşlı kanadalı idmançı 20 səs toplamaqla FIG-nin batut gimnastikası üzrə Atletlər Komissiyasına üzv seçilib. D.Donq isə 11 səs toplayıb.
Batut gimnastların nümayəndəsi kimi, R.Maklennan avtomatik olaraq FIG-nin batut gimnastikası üzrə Texniki Komitəsinin iclaslarında atletləri təmsil edəcək.
O, Atletlər Komissiyasının üzvü kimi fəaliyyətini 2022-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]