Karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinin açılış mərasimi olub
Bakı, 7 avqust, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirin açılış mərasimi olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Karate Federasiyasından məlumat verilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərasimin rəsmi hissəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. Bunun ardınca idman sahəsində xidmətləri olmuş şəxslərə diplomlar təqdim edilib. Açılış mərasimi qızlardan ibarət kata komandamızın nümunəvi çıxışı ilə yekunlaşıb.
Sonra turnirin final döyüşləri reallaşıb.
Qeyd edək ki, Abşeron Olimpiya İdman kompleksində keçirilən yarışda yaşı 16-dək olan idmançılar qüvvəsini sınayırlar.
Mükafatlar uğrunda 7 ölkənin 500-dən çox karateçisi mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]