Keçən il Dubayda beynəlxalq turizmdən 21 milyard dollardan çox gəlir əldə edilib
Əbu-Dabi, 29 avqust, AZƏRTAC
Dünya Turizm Təşkilatının yeni hesabatına görə, 2017-ci ildə Dubayda beynəlxalq turizmdən əldə edilən gəlir 77,5 milyard dirhəm (21,1 milyard dollar) olub. Bu, bütövlükdə Yaxın Şərqin turizmdən əldə etdiyi gəlirin təxminən üçdə bir hissəsinə (31,1 faiz) bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu gəlirlərin həcmi əvvəlki ilin göstəricisi ilə müqayisədə 8 faiz artıb.
Məruzədə qeyd edilir ki, keçən il Yaxın Şərq 58,1 milyon qonaq qəbul edib. Bu, bir il əvvəlki ilə müqayisədə 4,6 faiz çoxdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]