Keçən il Gəncəyə gələn turistlərin sayında artım müşahidə olunmuşdur
Gəncə, 28 yanvar (AZƏRTAC). 2010-cu ildə Gəncəyə gələn turistlərin sayında artım müşahidə olunmuşdur.
Şəhər mədəniyyət və turizm idarəsinin baş məsləhətçisi Asif Məmmədov AZƏRTAC-a demişdir ki, 2010-cu ildə səhərə gələn 8.215 nəfərdən 2.096-sı xarici, qalanı isə yerli vətəndaşlar olmuşlar. Halbuki, 2009-cu ildə xarici turistlər cəmi 1.971 nəfər təşkil etmişdir.
Şəhər mədəniyyət və turizm idarəsi təmsilçisinin bildirdiyinə görə, gələn turistlərin 3.322 nəfəri istirahət, 4.242 nəfəri işgüzar, 66 nəfər müalicə, qalanları isə digər məqsədlər üçün şəhərə gəlmişlər. Gəzməyə gələn turistlərin ən çox maraqlandıqları sahə əsasən tarixi abidələr olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]