Keçən il Gürcüstanın xarici borcu ÜDM-in 105 faizindən çox olub
Tbilisi, 27 mart, AZƏRTAC
Son hesablamalara görə, Gürcüstanın ümumi xarici borcu 2019-cu ildə 18,6 milyard ABŞ dolları təşkil edib. Bu da həmin il üçün ümumi daxili məhsulun (ÜDM) 105,1 faizinə bərabər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının illik maliyyə hesabatında bildirilir.
Qeyd olunub ki, təkcə 2019-cu ilin dördüncü rübündə Gürcüstanın xarici borcu 729 milyon dollar artıb.
Xarici borcun 7,9 milyard dolları hökumətin payına düşüb ki, bu, ÜDM-in 44 faizini təşkil edib. Bank sektorunun xarici borcu isə 4,5 milyard dollar təşkil edib.
Gürcüstanın bütün borclarının 89,6 faizi xarici valyuta ilədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]