Keçmiş məcburi köçkün: Biz illərlə o yerlərə qayıdışı gözləmişik VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Mən oradan çıxanda cəmi 27 yaşım var idi. O günü xatırlamaq belə ağırdır. İnsanın doğma yurdundan ayrılması elə bir hissdir ki, onu sözlə təsvir etmək mümkün deyil.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı sakini Haqverdi Həsənov deyib.
O qeyd edib ki, ailəsində hər kəs həmişə qayıdış gününü gözləyib: "33 il ərzində çox həsrət çəkdik. Atalarımız, analarımız o torpaqlara qayıtmaq arzusuyla yaşadı, bir çoxu həmin həsrətlə dünyadan köçdü. Biz də illərlə o yerlərə qayıdışı gözlədik".
H.Həsənov, həmçinin belə bir diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən Ordumuza güc, şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb.