Azərbaycan Dövlət İnformasiya Agentliyi

KƏND TƏSƏRRÜFATI NAZİRİ İSMƏT ABASOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş aqrar islahatların bu gün onun layiqli davamçısı, cənab Prezident, Sizin tərəfinizdən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında və əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rol oynayır.

Beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və imicini daha da artırmış, perspektiv inkişafa, xalqın maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər dünyada baş verən qlobal böhran şəraitində iqtisadiyyatımızın digər sahələrində olduğu kimi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının da artımına imkan vermişdir.

Kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, əsasən dənli, dənli-paxlalıların, xüsusilə də buğdanın istehsalına diqqət artırılmış, əkilmiş sahələrin ümumi əkin sahəsinə görə xüsusi çəkisi artaraq, 2000-ci ildəki 51,7 faizdən 2008-ci ildə 81 faizə çatmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılmış, o cümlədən buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil etmişdir.

Cari ilin iyul ayının 20-nə olan vəziyyətə görə, 976 min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilmiş və 2 milyon 557 min 33 ton məhsul yığılmışdır. Həmin tarixə buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilmiş və 1 milyon 918 min 673 ton məhsul istehsal edilmişdir.

Möhtərəm cənab Prezident!

Aqrar sahəyə göstərdiyiniz gündəlik qayğı və dəstəyə görə, icazə verin, çoxminli fermer və sahibkarlar, kənddə yaşayan bütün insanlar adından Sizə dərin minnətdarlığımızı bildirim. Qürur hissi ilə yüksək diqqətinizə çatdırıram ki, qarğıdalı da daxil olmaqla, 2009-cu ildə taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir.

Cari il iyulun 1-nə olan məlumata görə, 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün və s. əkilmişdir. İndiyədək 260 min ton kartof, 271 min 300 ton tərəvəz, 69 min 300 ton meyvə, 12 min ton bostan məhsulları, 24 ton tütün, 259 ton yaşıl çay yarpağı yığılmışdır. Məhsul yığımı davam etdirilir.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli əlverişli şərait yaradılmış, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmışdır.

İnsan sağlamlığının qorunması və onların bioloji tələbatının fasiləsiz olaraq ödənilməsi üçün kənd əməkçiləri tərəfindən istehsal edilmiş məhsulların, əsasən kartof, meyvə, tərəvəz və bostan məhsullarının saxlanılması, çeşidlənməsi, qablaşdırılması, daşınması və ticarət şəbəkələrinin fasiləsiz olaraq həmin məhsullarla təchiz edilməsi olduqca böyük iqtisadi və sosial əhəmiyyət kəsb edir. Aparılmış monitorinqlərin təhlili göstərir ki, bu məhsullar istehlakçılara çatanadək normadan xeyli artıq itkiyə məruz qalır. Respublikada ərzaq məhsullarının, xüsusilə meyvə-tərəvəz və kartofun istehsal həcminin əhalinin tələbatından təxminən 2 dəfə artıq olması bu məhsulların tədarükü, saxlanması və satışının təşkilinin dövlət tərəfindən dəstəklənməsinə ehtiyac yaratmışdır. Bu, əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunması ilə yanaşı, qiymətlərin tənzimlənməsini həll edə bilər.

Dediyim kimi, cari ildə təxminən 3 milyon ton taxıl istehsalı, o cümlədən təxminən 2 milyon 200 min tondan artıq ərzaq buğdası istehsalı gözlənilir. Yerlərdən verilmiş məlumatlara görə, məhsul istehsalçılarında keçən ildən hələ də satılmamış taxıl qalır və bəzən onlar öz məhsullarını maya dəyərindən aşağı qiymətə satmağa məcbur olurlar. Bu il də yüksək məhsul istehsal olunduğundan taxılın satışında müəyyən problem yarana bilər ki, bu da taxıl istehsalının artırılmasına və istehsalçıların maraqlarına öz mənfi təsirini göstərə bilər. Bunun üçün istehsal edilmiş taxılın bir hissəsinin dövlət tərəfindən alınması məqsədəuyğun olardı.

Möhtərəm cənab Prezident!

Sizin Sərəncamınızla yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı kənd təsərrüfatında dönüş yaratmışdır.

Torpaq mülkiyyətçilərinə məxsus maşın-traktor parkında “Aqrolizinq” ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş dəstəsi tərəfindən texniki xidmət, təmir və nizamlama işləri görülür, onlardan səmərəli istifadə üsulları öyrədilir, tövsiyələr verilir. Bunun nəticəsində respublikada maşın-traktor parkından istifadə xeyli yüksəlmişdir.

Fəaliyyətə başladığı 2005-ci ildən “Aqrolizinq” ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir.

2007-2009-cu illərdə Gəncə avtomobil zavodundan 1190 ədəd “Belarus” markalı traktor alınmışdır. Bu ilin sonunadək daha 192 ədəd traktor alınacaqdır.

Hörmətli cənab Prezident!

2009-cu il iyulun 21-də imzaladığınız sərəncamlar kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən böyük ruh yüksəkliyi və rəğbətlə qarşılanmışdır. İcazə verin, məhsul istehsalçılarına göstərdiyiniz bu qayğı və diqqətə görə respublikamızın aqrar sahəsində çalışan bütün insanlar adından Sizə təşəkkürümüzü və dərin minnətdarlığımızı bildirim.

Respublikada heyvandarlıq sahəsi də dinamik inkişafdadır. “Damazlıq haqqında”, “Atçılıq haqqında” qanunların qəbul edilməsi heyvandarlıq sahəsinin inkişafının hüquqi bazasını yaratmışdır.

Heyvandarlıq məhsullarının artırılması və sahənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, 3 milyon manat dəyərində 770 baş simmental, şvis və holştin-friz cinslərindən olan damazlıq heyvan alınaraq, 31 rayonda heyvandarlıqla məşğul olan şəxslərə güzəştli şərtlərlə satılmışdır. Hazırda respublikada maldarlıq, qoyunçuluq və arıçılıq üzrə 142 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.

Möhtərəm cənab Prezident!

İqtisadiyyatın bu vacib sahəsinin inkişafına göstərdiyiniz qayğıya, xalqımızın ərzaq təhlükəsizliyinin etibarlı təminatına, onların maddi-rifah halının yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinizə görə Sizə respublikanın aqrar-sənaye kompleksində çalışan çoxminli fermer və sahibkarlar ordusu, alim və mütəxəssislər adından bir daha dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, aqrar sahənin işçiləri bundan sonra da respublikamızda ərzaq bolluğunun yaradılması üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH