KƏNDƏ TƏBİİ QAZ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yevlax rayonunun Kolanı kəndinə təbii qaz verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov kənd sakinlərini təbrik etmiş, regionların sosial-iqtisadi inkişifı Dövlət Proqramının uğurla həyata keçirilməsi sayəsində ölkənin bütün bölgələrində gedən sürətli inkişafdan danışmışdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son vaxtlar sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən danışmış, ilin sonunadək rayonun bütün kəndlərinə təbii qaz veriləcəyini bildirmişdir.
Tədbirin sonunda qaz xəttinin çəkilişində xidməti olan bir qrup əmək adamına şəhər icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunmuş, rəmzi məşəl yandırılmışdır.