Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
Bakı, 19 mart, AZƏRTAC
Keniyanın cənubunda baş verən dəhşətli yol qəzası nəticəsində azı 11 nəfər ölüb, 42 nəfər yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Voy əyalətinin polis komandiri Dasala İbrahimin açıqlamasına görə, Nayrobi-Mombasa şosesində baş verən qəzada Kenyatta Universitetinə məxsus avtobus və yük maşını toqquşub. Avtobusda 60-a yaxın tələbə olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Keniya Milli Nəqliyyat və Təhlükəsizlik İdarəsindən bildirilib ki, dövlət və özəl sektorun magistral yollarda təhlükəsizliyin təşviqi ilə bağlı birgə səylərinə baxmayaraq, hər il təxminən 3500 keniyalı yol qəzalarında həlak olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]