“Kəpəz”–“Qarabağ” görüşünü 13 min 300 tamaşaçı izləyib
Bakı, 6 noyabr, AZƏRTAC
Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XI tur çərçivəsində Gəncə şəhər stadionunda keçirilən “Kəpəz”-“Qarabağ” görüşünü 13 min 300 tamaşaçı izləyib. Bu, cari mövsümdə keçirilən 43 qarşılaşma arasında ən yüksək göstəricidir.
Ağdam klubunun 2:0 hesabı ilə qalib gəldiyi həmin oyuna qədər ən çox tamaşaçı toplayan görüş məhz Gəncədə keçirilmiş “Kəpəz”-“Neftçi” matçında qeydə alınmışdı. Həmin görüşü 8 min azarkeş izləmişdi.
Xatırladaq ki, sonuncu turda keçirilən matçları izləyən azarkeşlərin ümumi göstəricisi də IX turdakını üstələyir. Belə ki, IX turda keçirilən bütün görüşlərə 12 min 550 tamaşaçı baxdığı halda, XI turda bu rəqəm 17 min 400 olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]