İDMAN
“Kəpəz” yeni mövsümə hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək
Bakı, 15 iyul, AZƏRTAC
Gəncənin “Kəpəz” klubu Azərbaycan Premyer Liqasına hazırlığın növbəti mərhələsini Bakıda keçirəcək.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Gəncə klubu iyulun 28-dək paytaxtda qalacaq.
Təlim-məşq toplanışı “Dalğa Arena”da gerçəkləşəcək. Komanda bu gün iki məşqə çıxacaq.
Ötən gün “Zirə” ilə yoxlama oyununda (1:2) iştirak edən futbolçular bərpa məşqi ilə kifayətlənəcəklər. Yüngül zədəsi olan Abdullahi Şuaybu, Tural Rzayev və komandaya gec qoşulan Mate Kvirkviya isə fərdi halda çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]