Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb
Bakı, 30 mart, AZƏRTAC
Yanvar-fevral aylarında ölkəyə 2182 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, idxal edilən yağların dəyəri isə 10,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə 9,2 milyon dollarlıq 1797 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.