KİÇİK HƏCMLİ KƏND TƏSƏRRÜFATI TEXNİKALARI ÖLKƏMİZDƏ İSTEHSAL OLUNA BİLƏR
Bakı, 8 sentyabr (AZƏRTAC). Kiçik həcmli kənd təsərrüfatı texnikaları ölkəmizdə istehsal oluna bilər.
Bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir. Onun sözlərinə görə, “Aqrolizinq” ASC tərəfindən xaricdən alınıb yerli sahibkarlara uzunmüddətli icarəyə verilən kənd təsərrüfatı texnikalarının müəyyən hissələrinin ölkəmizdə istehsalı, yaxud yığılması mümkündür və bu məsələlər hökumət tərəfindən müzakirə olunur. Gəncə Avtomobil Zavodunda “Belarus” traktorlarının istehsal olunduğunu xatırladan nazir digər texnikaların hələlik Azərbaycanda istehsalının səmərəli olmadığını söyləmişdir. Məsələn, nəzərə alsaq ki, qonşu dövlətlərdə uzun müddətdir taxılyığan kombayn istehsalı ilə məşğul olan “Niva” və “Sampo” kimi müəssisələr var, ölkəmizdə bu texnikanın istehsalı əlverişli deyildir.
Məlumat üçün bildirək ki, “Aqrolizinq” ASC bu il Gəncə Avtomobil zavodundan 13,6 milyon manat dəyərində müxtəlif at gücünə malik 500 ədəd “Belarus” markalı traktor, 12,3 milyon manat dəyərində 180 ədəd “Niva” (Ukrayna) və “Sampo” (Rusiya) markalı taxılyığan kombayn, 3,2 milyon manat dəyərində traktora qoşulan digər kənd təsərrüfatı texnikaları almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]