Kimyaçı alim Almaniyada keçirilən beynəlxalq tədbirdə sertifikata layiq görülüb
Bakı, 8 avqust, AZƏRTAC
Kimya üzrə fəlsəfə doktoru Gülü Abbasova Almaniyanın Münxen şəhərində keçirilən “Ekologiya və kimya elmləri” üzrə beynəlxalq elmi konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbirdə G.Abbasovanın “Misin (II) yeni N-(4-metilpirimidin-2-il)-pirazin-2-amin liqandı ilə koordinasion polimeri: sintezi, kristal strukturu və xassələri” mövzusunda məruzəsi maraq doğurub. O, ən yaxşı təqdimat kateqoriyası üzrə sertifikata layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]