KİPR ADASINDA YUNAN VƏ TÜRK İCMALARININ LİDERLƏRİ ARASINDA DANIŞIQLAR DAVAM EDİR
Xəbər verdiyimiz kimi, BMT Baş katibi Kofi Annanın Kiprin birləşdirilməsi ilə əlaqədar adanın hər iki icmasına keçən ay təqdim etdiyi plan ətrafında danışıqlar başlanmışdır. BMT baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi Alvaro de Soto, adanın türk icmasının lideri Rauf Denktaş və yunan icmasının lideri Tasos Papadopulusun iştirakı ilə aparılan danışıqlarda hələlik heç bir nəticə əldə edilməmişdir. Hər iki tərəf BMT planı ilə əlaqədar təkliflərini irəli sürmüşdür. Kiprin türk və yunan icmalarının liderləri arasında razılıq əldə olunmasa, martın 24-də danışıqlar prosesinə Türkiyə və Yunanıstan da qoşulacaqlar. Hazırda bütün tərəflərin iştirakı ilə keçiriləcək görüşlərə hazırlıq gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]