Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionluğunun bir addımlığında
Bakı, 13 oktyabr, AZƏRTAC
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında növbəti görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, yığma VIII turda Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz rəqibinə 2,5:1,5 hesabı ilə qalib gələrək xallarını 13-ə çatdırıb və liderliyə yüksəlib. Yığmanın heyətində yeganə qələbəni Rauf Məmmədov qazanıb. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli isə öz görüşlərini heç-heçə ilə başa vurublar.
Komandamız son turda qələbə qazansa, digər görüşlərin nəticələrindən asılı olmayaraq, dördüncü dəfə Avropa çempionu olacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan yığması isə hazırda Rumıniya ilə qarşılaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]