İDMAN
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Gümüş Avropa Liqası”nda ilk oyununu keçirib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də kişi voleybolçulardan ibarət Azərbaycan millisi “Gümüş Avropa Liqası”nda ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisini qəbul edib.
Çexiyalı baş hakim Vlastimil Kovarın idarə etdiyi oyunun birinci setində voleybolçularımız 25:23 hesabı ilə üstün olublar. Lakin ardıcıl üç setdə 25:21, 25:18 və 25:22 hesabı ilə qalib gələn Rumıniya voleybolçuları “Gümüş Avropa Liqası”na qələbə ilə başlayıblar - 3:1.
Millimiz növbəti oyununu mayın 29-da Tbilisidə Gürcüstan yığmasına qarşı keçirəcək.
Azərbaycan voleybolçuları “B” qrupunda Rumıniya, Gürcüstan və Danimarka seçmələri ilə birgə mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]