KİŞİLƏR ARASINDA ÖLKƏ BASKETBOL ÇEMPİONATI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasında kişilər arasında ölkə çempionatının birinci dəstəsində çıxış edəcək komandalar arasında püşkatma olmuşdur. Püşkatmanın nəticələrinə görə yarışlar 9 komandanın iştirakı ilə 2 yarımqrupda keçiriləcəkdir. “A” qrupunda “Şəki”, “Təhsil” Respublika İdman Məktəbi, “Gənclik” Tələbə İdman Cəmiyyəti, Bakı Dövlət Universiteti, Binəqədi bələdiyyəsi, “B” qrupunda isə “Qaradağ”, “AZAL” İK, “Spartak” İC, “Cəlilabad” komandaları təmsil olunurlar.
“Olimp” İdman Kompleksində keçirilən ilk turun oyunlarının nəticələri belədir: “AZAL” İK – “Spartak” İC – 60:26, “Təhsil” RİM – Binəqədi bələdiyyəsi – 32:62, “Qaradağ” –“Cəlilabad” – 41:35, “Gənclik” TİC – BDU – 30:38.
Xatırladaq ki, birinci dəstədə ilk iki yeri tutan komanda super liqaya vəsiqə qazanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]