KİŞİNYOV HAVA LİMANINDA QARŞILANMA
Kişinyov, 8 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Moldova paytaxtına gəlmişdir.
MDB üzvü olan ölkələrin dövlət bayraqları ilə bəzədilmiş Kişinyov hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan dövlətinin başçısını Moldovanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, MDB İcraiyyə Komitəsinin rəsmi şəxsləri qarşıladılar.
Milli geyimli oğlan və qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.
######
![]() |
![]() |

