Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da A.Şaiq adına uşaq kitabxanasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Bakıdakı 225 nömrəli məktəbin şagirdlərinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək azadlığımız və müstəqilliyimiz uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə qərənfillər düzmüşlər.
AZƏRTAC xəbər verir ki, kitabxanada davam edən tədbirdə 20 Yanvar faciəsinin şahidləri şagirdlər qarşısında çıxış edərək Bakıda törədilən qanlı hadisələr haqqında ətraflı məlumat vermiş, məktəblilərin suallarını cavablandırmışlar.
Şagirdlər faciəyə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərmişlər.
Tədbir çərçivəsində Qara Yanvar qətliamını əks etdirən kitab, jurnal, qəzet materiallarından ibarət “Torpağın bağrına cəsədləriylə azadlıq toxumu əkdi şəhidlər” adlı sərgi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]