Kitabxanada “Xalqımızın faciəsi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Xalqımızın faciəsi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşlarının, müəllim və şagird kollektivlərinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himni səsləndirilməsi ilə açılmışdır. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarına Xocalı hadisəsinin mahiyyəti və acı nəticələri barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, dövlətimiz Xocalı faciəsinə beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilməsi istiqamətində böyük işlər görür. Eyni zamanda Xocalı həqiqətlərini dünyaya çatdırmaq hər bir vətəndaşın borcudur.
Tədbirdə Xocalı faciəsindən bəhs edən sənədli film, Binəqədi rayonundakı 276 və 297 nömrəli orta məktəblərin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Sonda Xocalı faciəsindən bəhs edən kitab və rəsm sərgisinə baxış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]