Kitabxanada “Xocalı - XX əsrin faciəsi” mövzusunda məruzə dinlənilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 5 nömrəli filialında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş tədbir və sərgi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, MKS-in direktoru Rəşad Abbasov iştirakçılara Xocalı soyqırımı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan təcavüzkar siyasətin qanlı səhifəsidir. Vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olmuşdur. Bu gün ulu öndərimizin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırımın beynəlxalq aləmdə tanınması istiqamətində böyük işlər görür.
Tədbirdə, həmçinin “Xocalı - XX əsrin faciəsi” mövzusunda məruzə dinlənilmişdir.
Sonda mövzu ilə əlaqədar kitablar və dövri mətbuat nümunələrindən ibarət sərgiyə baxış olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]