KİV: Zelenski Zalujnının 500 minlik səfərbərlik təklifini rədd edib
Bakı, 2 fevral, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnı Prezident Vladimir Zelenskiyə əlavə səfərbərlik həyata keçirməyi təklif edib. Ukrayna lideri bununla razılaşmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” yüksəkrütbəli ukraynalı məmura istinadla məlumat yayıb. Onun sözlərinə görə, Zalujnı səfərbərlik təklifində “500 minə yaxın say səsləndirib”.
Zelenski Silahlı Qüvvələrin Baş komandanının bu ideyası ilə razılaşmayıb. Prezidentin fikrincə, ölkədə vergiləri əhəmiyyətli dərəcədə artırmadan səfərbərlik xərclərini ödəmək mümkünsüzdür. Ukrayna lideri, həmçinin “aqressiv səfərbərlik” səbəbindən əhali arasında populyarlığının mümkün azalmasından ehtiyatlanır.
“The Washington Post” nəşri onu da qeyd edib ki, gələcək səfərbərliyin miqyası məsələsi Zelenski ilə Zalujnı arasında əsas fikir ayrılığına çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]