KİYEVDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVƏ ABİDƏ QOYULACAQ
Başsağlığı verməyə gələnlər arasında müxtəlif yaşlı, peşəli, dini etiqadlı insanlar vardı. Atası azərbaycanlı, anası isə ukraynalı olan Rüstəm Əliyev də onların arasında idi. Ukrayna vətəndaşı, T.Q. Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakültəsinin dördüncü kurs tələbəsi Rüstəm bu günlərdə Bakıdan qayıtmışdır. O, gələcək azərbaycanşünas kimi, BDU-da təcrübə keçirdi. Rüstəm dedi: “Mən və kiyevli kursdaşlarım Bakıda unudulmaz Heydər Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqının böyük kədərinin və millətin ona sonsuz məhəbbətinin və nurlu xatirəsinə dərin hörmətinin şahidi olduq. Biz, Kiyev Universitetinin tələbələri ilə birgə Fəxri xiyabanı ziyarət edib, böyük liderin məzarı üstünə gül-çiçək qoyduq. Bu, dünya miqyaslı siyasətçinin, Ukrayna xalqının böyük dostunun xidmətlərinə ürəyimizin dərinliyindən gələn məhəbbət və ehtiramın ifadəsi idi.
X X X
Ehsan mərasimində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev xəbər verdi ki, yanvarın 17-də səfirliyin önündəki bağda, Prezident Heydər Əliyevin abidəsinin ucaldılacağı yerdə təməl daşı qoyulması münasibətilə matəm mitinqi keçiriləcəkdir.
T. Əliyev dedi ki, elə həmin gün Kiyevdə “Rus” mehmanxanasında Heydər Əliyevin vəfatının 40 günü ilə əlaqədar matəm tədbirləri olacaqdır. Ehsan mərasimində müqəddəs Qurandan ayələr oxundu.