Kolizeyin divarına adını yazan turist italyanlardan üzr istəyib
Roma, 6 iyul, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin divarına özünün və sevgilisinin adını yazaraq tarixi abidəyə ziyan vuran turist üzr istəyib.
AZƏRTAC xəbər verir ki, ötən ay Kolizeyin divarına açarla “İvan+Hayley 23/6/23” yazan bolqar əsilli turist İvan Dimitrov Roma Bələdiyyəsinə və Roma Baş Prokurorluğuna üzrxahlıq məktubu göndərib. O, məktubunda bütün bəşəriyyətin mirası olan bu tarixi abidəyə qarşı etdiyi hərəkətə görə bütün italyanlardan üzr istəyib.
Qeyd edək ki, İ.Dimitrovun Kolizeyin divarına adını yazaraq bu görüntüləri sosial mediada paylaşması İtaliyada böyük reaksiyaya və hiddətə səbəb olub. İtaliyanın mədəniyyət naziri Gennaro Sangiuliano və Roma meri Roberto Qualtieri həmin şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]