Konfrans iştirakçılarının Şuşa şəhərinə səfəri başlayıb

Şuşa, 17 iyul, Leyla Muradzadə, AZƏRTAC
Şuşada keçiriləcək “İslam dünyasında qadınlar: Ənənələr və çağırışlar” konfransının iştirakçıları Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə “İsa bulağı” istirahət kompleksində bərpa işləri ilə tanış olublar. Qonaqlara məlumat verildi ki, Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulağın özü mərmərdən hazırlanıb, “İsa bulağı” sözləri isə milli ornamentlə yazılıb və bulağın su təminatı tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb.
Qonaqlar, həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini və Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra təmir-bərpa işləri aparılıb.
Gəzinti zamanı işğal dövründə mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktların saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Daha sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Günün sonunda konfrans iştirakçıları üçün konsert proqramı nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş
- 26.04.2025 [22:08]
Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib
- 26.04.2025 [21:49]
Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
- 26.04.2025 [21:20]
Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib
- 26.04.2025 [20:22]
ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib
- 26.04.2025 [20:15]
Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib
- 26.04.2025 [20:03]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
- 26.04.2025 [19:49]
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 26.04.2025 [18:57]
Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb
- 26.04.2025 [18:30]
“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib
- 26.04.2025 [18:18]
Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib
- 26.04.2025 [17:42]
İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib
- 26.04.2025 [17:34]
Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib
- 26.04.2025 [17:14]
Çexiyada qızıl xəzinəsi tapılıb
- 26.04.2025 [16:54]
Roma Papası dəfn edilib
- 26.04.2025 [16:38]
Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib
- 26.04.2025 [16:24]
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
- 26.04.2025 [16:16]
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
- 26.04.2025 [15:12]
Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb
- 26.04.2025 [14:48]
Zelenski və Tramp Romada görüşüblər
- 26.04.2025 [14:20]
Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək
- 26.04.2025 [14:03]
BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb
- 26.04.2025 [13:40]
“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb
- 26.04.2025 [13:26]
Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb
- 26.04.2025 [13:07]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2025 [13:00]
Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
- 26.04.2025 [12:38]
Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub
- 26.04.2025 [12:28]
Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır
- 26.04.2025 [12:16]
Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb
- 26.04.2025 [11:58]
Premyer Liqa: "Zirə" "Kəpəz"in qonağı olacaq
- 26.04.2025 [11:44]
Dünya bazarında qızılın ucuzlaşması davam edir
- 26.04.2025 [11:15]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2025 [11:10]
Axtarışda olan 75 nəfər saxlanılıb
- 26.04.2025 [10:59]
Azərbaycan neftinin qiyməti artıb
- 26.04.2025 [10:47]
Gəncə dovğası: dad, yaddaş və ənənələr
- 26.04.2025 [09:42]
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
- 26.04.2025 [09:30]
Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək
- 26.04.2025 [09:22]
Bir yazıçı ömrünün manifesti...
- 26.04.2025 [09:00]
Viktor Orban: Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir
- 26.04.2025 [06:32]
Yardımlıda qanvermə aksiyası keçirilib
- 26.04.2025 [04:47]
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
- 26.04.2025 [02:27]
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
- 26.04.2025 [01:51]
ABŞ-da miqrantın qaçmasına kömək edən hakim həbs olunub
- 26.04.2025 [00:10]