Konqoda 28 milyon insan münaqişə səbəbindən kəskin aclıqla üzləşib
Bakı, 28 mart, AZƏRTAC
Konqo Demokratik Respublikasında rekord sayda - 28 milyon insan kəskin aclıqla üzləşib. Buna səbəb hökumətlə üsyançılar arasında qarşıdurmanın artmasıdır.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə bəyanatında deyilir ki, Konqoda uzun müddət davam edən humanitar böhran münaqişə ilə daha da dərinləşib: 2024-cü ilin dekabrında baş verən son zorakılıq hadisəsindən bəri aclıq edən insanların sayı 2 milyon 500 min nəfər artıb.
Kəskin aclıqla üzləşən insanlar İnteqrasiya edilmiş Ərzaq Təhlükəsizliyi Faza Təsnifatında (IPC) 3-cü və ya daha yuxarı mərhələ olaraq təsnif edilir. Konqodakı 28 milyondan 3 milyon 900 mini 4-cü mərhələdədir. Bu, o deməkdir ki, onlar həddindən artıq aclıqla üzləşiblər.
İlin əvvəlindən bəri hökumət və Ruanda tərəfindən dəstəklənən M23 üsyançıları arasında döyüşlər Konqonun şərqində onilliklərin ən şiddətli qarşıdurmasına çevrilib və yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]