Konstitusiya Məhkəməsi koronavirusa qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub
Bakı, 23 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əməkhaqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:25]
Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib
- 12.06.2026 [15:03]