KOREYA RESPUBLİKASI İLƏ POÇT SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Koreya Respublikası arasında poçt sahəsində əməkdaşlığa dair memorandum imzalanacaqdır.
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsində bu ölkənin Azərbaycanda ticarət, sənaye və enerji məsələləri üzrə attaşesi Taek Yeon Cho və “For your” Azərbaycan-Koreya cəmiyyətinin prezidenti David Choi ilə keçirilən görüşdə qərara alınmışdır.
Azərbaycan ilə Koreya Respublikası arasında poçt sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə ölkəmizdə həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində görülən işlər barədə ətaflı məlumat verilmişdir.