KOREYA RESPUBLİKASINDA “XOCALIYA ƏDALƏT” KAMPANİYASININ BİRİLLİK FƏALİYYƏTİNİN TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyindən bildirmişlər ki, bu ölkədə çalışan və təhsil alan Azərbaycan və Türkiyə vətəndaşlarının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı mərasim keçiriləcəkdir.
Mərasimində İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” kampaniyasının birillik fəaliyyətinə dair məlumat veriləcəkdir. Tədbirdə Koreya Respublikası ictimaiyyətinin geniş tərkibdə iştirakı planlaşdırılır.
Tədbirdə ictimaiyyət nümayəndələrinin faciə haqqında məlumatlandırılması istiqamətində tədbirlərin davamı olaraq, dünya liderlərinə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət kimi tanımaları ilə bağlı yeni müraciətin ünvanlanması, Xocalı soyqırımına aid fotosərgi və videofilmin nümayişi, həmçinin faciə haqqında məlumatların yer aldığı bukletlərin təqdim edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]